Daxili İşlər Nazirliyi dünən Bakıda öncə arvadını, sonra isə özünü öldürən şəxslə bağlı açıqlama verib.
Unikal.org-un verdiyi xəbərə görə, mayın 9-da İmişli rayon sakini Şahin Qurbanov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətində olduğu həmyerlisi Gülnarə Ağayevanı bıçaqla qətlə yetirib, sonra isə özünü asıb. Araşdırma aparılır.