Son iki ayda şəkillərini paylaşmaqla instagramda şöhrət qazanan və bir sıra dünya mediasının diqqətini cəlb edən Rusiyalı Anastasia Kvitko öz gözəlliyi barədə danışıb. 
Unikal.org suputnik-a istinadən xəbər verir ki, Anastasia Kvitko deyib ki, arıqlamaq üçün aylarla ac qalıb: "Amma heç bir xeyri olmadı. Rusyanın Kalinqrad şəhərində doğulmuşam. 22 yaşım var və ABŞ-da yaşayıram. Model olmaq üçün bir sıra şirkətlərə müraciət etdim. Şirkətlərdə mənim arıqlamağımı vacib bildilər. 
Məndə bədənimi qoruya bilmək üçün hər cür səy göstərməyə başladım. Hazırda 3 milyondan çox Instagramda izləyicim var".