Mayın 8-də, saat 17.05 radələrində Saray qəsəbəsində "BMW" markalı, 99 EH 784 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kobud qayda pozuntusına yol verərək digər sürücülərə təhlükəli vəziyyət yaradıb. Onun bu hərəkəti digər avtomobillərdən birindəki videoqeydiyyat cihazı vasitəsilə qeydə alınıb.
Unikal.org bildirir ki, görüntüləri avtosfer.az-a göndərən oxucu deyib ki, "BMW"nin sürücüsünün bu hərəkəti nəticəsində ağır yol qəzası baş verə bilərdi.
Videodan da göründüyü kimi, "BMW"nin sürücüsü yolun əks tərəfi ilə yaxınlaşmaqda olan nəqliyyat vasitəsini gördüyü halda ötmə əməliyyatı aparır və onun yoluna çıxır. Ötmə əməliyyatını başa çatdıra bilmədiyi üçün qarşıdan gedən avtomobillə əks istiqamətdən hərəkət edən avtomobilin ortasından keçir və qəzadan, sadəcə, möcüzə nəticəsindən xilas ola bilir. Maraqlıdır ki, sürücü bu cür təhlükəli vəziyyətdə də əyləci basıb sürəti azaltmır...
Yeri gəlmişkən, Azərbaycanda baş verən yol qəzalarının statistikasına görə, hadisələrin 30 faizdən çoxu məhz ötmə-manevr qaydalarının pozulması nəticəsində baş verir. Bir qədər də dəqiqləşdirsək, deyə bilərik ki, qəzalara bu "BMW"nin sürücüsü kimi qayda pozanlar səbəb olur.