Rusiya prezidenti Vladimir Putinin mayın sonunda Azərbaycana səfər edəcəyi barədə xəbər təsdiqlənir.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyi də məlumat yayıb.
"Səfərin məqsədi, çox güman ki, Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının, o cümlədən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətin müzakirəsi olacaq", - mənbə "İnterfaks-Azərbaycan"a bildirib.
Putinin Yeravana da səfər edəcəyi istisna edilmir.