Beynəlxalq ictimaiyyət olduğu kimi, ABŞ da Dağlıq Qarabağın "müstəqilliyini" tanımır.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə gündəlik brifinqdə ABŞ Dövlət Departamentinin rəsmisi Mart Toner deyib.
"Dağlıq Qarabağın yekun statusu ümumi tənzimlənmə prosesi çərçivəsində müəyyən ediləcək", - Mart Toner belə deyib.
ABŞ Dövlət Departamentinin rəsmisi, həmçinin qeyd edib ki, ABŞ tərəfləri münaqişənin həllinə nail olmaq məqsədilə xoş məram ruhunda danışıqlar masası ətrafına dəvət edir.