Çeçenistanın paytaxtı Qroznıda canlı bombanın partlaması kameralara düşüb.
İki terrorçudan biri təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən güllələnərək, öldürülüb.
Unikal.org musavat.com-a istinadən bildirir ki, Rusiyanın təhlükəsizlik və mühafizə xidmətindən verilən açıqlamalara görə, hadisə Qroznının girişindəki Alhanyurt adlanan ərazidə baş verib.
Məlumata görə, terrorçulardan biri yolda duran polisə yaxınlaşaraq, itən qoyun sürüsünü axtardığını deyib və elə həmin anda da bombanın düyməsini basaraq, partladıb. Hadisə nəticəsində 6 polis yaralanıb.
İkinci terrorçu isə uzaqdan əl bombası atmaq istəyərkən öldürülüb.
Hadisədən dərhal sonra araşdırmalar aparılıb. Başladılan istintaq nəticəsində intihar hücumunu təşkil edənlərin adları açıqlanıb.
Terror 1989-ci il təvəllüdlü Şamil Canarəliyev və 1991-ci il təvəllüdlü Əhməd İnavot tərəfindən təşkil edilib.