İran dondurulmuş 2 milyard dolları geri qaytarmadığına görə ABŞ-ı məhkəməyə verəcək.
Bu barədə İran Prezidenti Həsən Ruhani xalqa müraciətində deyib.
"İran milləti və Mərkəzi Bankına məxsus pulların ABŞ-ın boğazından rahat keçməsinə icazə verməyəcəyik. Məsələ ilə bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Millətin pulunu millətin xəzinəsinə qaytarmaq üçün bütün addımları atacağıq", - Ruhani bildirib.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi ötən ay İranın dondurulmuş 2 milyard dollar aktivlərini geri qaytarmaqdan imtina edib. Məhkəmə bu məbləğin 1983-cü ildə Hizbullahın Livanda amerikalı əsgərlərə hücumu zamanı ölənlərin yaxınlarına verilməsi barədə qərar verib.(Axar.az )