Bu gün mobil telefonun ad günüdür.

Unikal.org-un amic.ru saytına istinadən məlumatına görə, onun yaradılmasından 45 il ötür.

1973-cü ildə amerikalı ixtiraçı Martin Kuper dünyaya ilk mobil telefonu təqdim edib. Onun uzunluğu 24 santimetr, çəkisi isə 849 qram təşkil edib.

On ildən sonra "Motorola "DynaTAC 8000X modelini yaradıb. Cihaz düz bir saat enerji ilə doldurulmadan çalışıb və yaddaşında cəmi 30 nömrə saxlamaq imkanına malik olub.

"Nokia şirkəti 1992-ci ildə GSM şəbəkələr vasitəsilə siqnalları ötürmək qabiliyyətinə malik ilk cihazlarının istehsalına başlayıb.