Qazaxıstanın Atırau şəhərində yerləşən UG-157/11 nömrəli qadın həbsxanası ilk dəfə görüntülənib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu islah etmə müəssəsində ümumilikdə 254 qadın məhkum qalır.

Bu həbsxanada ağır cinayət törətmiş qadınlar saxlanılır. 

Maraqlıdır ki, cinayətdə ittiham olunan qadınların əksəriyyəti yaxınları ilə görüşə və açıq havaya ağ başörtüsü ilə çıxırlar. Bu səbəbdən buraya "ağ dəsmal" həbsxanası deyilir.