Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunda "ASAN xidmət mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Ağcabədi rayonunda "ASAN xidmət mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.