Dünyanın ən böyük və ən güclü təyyarəsi olan "An-225" ilk uçuşunu reallaşdırıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın "Antonov" şirkətinin hazırladığı "Xəyal" mənasını verən "Mriya" adlı An-225 tipli təyyarə ilk uçuşunu reallaşdırmaq üçün Kiyevdəki Hostomel Hava Limanından səmaya qalxıb və Avstraliyanın Perth şəhərində eniş edib.
250 ton yük tutan təyyarə, saatda 850 kilometr sürətlə gedə bilir və 12 min metr yüksəliyə qalxır. 200 ton ağırlığında olan hava gəmisinin uzunluğu 84 metr, hündürlüyü isə 18,1 metrdir.