Yay aylarının ən böyük bəlalarından biri də tərləmədir. Bu səbəbdən də ayaqları çox tərləyən şəxslərin bir nömrəli problemi ayaq qoxusudur.
Bu xoşagəlməz problemdən 5 üsulla xilas ola bilərsiniz.
Unikal.org Türkiyə həkimlərinin tövsiyyə etdiyi həmin üsulları təqdim edir:

1. Duzlu su metodu:

Duz, dəridəki nəmi azaldır. Bunun sayəsində də bakteriyaların yaşaya bilməyəcəyi bir mühit yaranır. Ayaqlarınızı hər gün 20 dəqiqəyə qədər 2 həftə müddətində duzlu suda saxlasanız ayaq qoxusundan xilas ola bilərsiniz.

2. Ayaqqabıları pudralamaq: 


Bahalı məhsullara pul verməyinizə ehtiyac yoxdur. Ayaqqabılarınızın içinə az miqdarda pudra tökməklə ayaqlarınızın tərləməsinə maneə ola bilərsiniz.

3. Ayaqları sirkəli suya qoymaq:

Ayağınızdaki bakteriyaları sirkəli su duşu ilə də məhv edə bilərsiniz. Sirkə də duz kimi dərini qurudur və bakteriyaların yaşamasının qarşısını alır. Həftədə 1 dəfə ayaqlarınızı 30 dəqiqə sirkəli suda saxlasanız müsbət nəticə əldə edə bilərsiniz.

4. Ayaqlara qara çay duşu etdirmək:

Çay, antibiotik təsiri ilə tanınır və bakteriyaları öldürür. Bundan əlavə məsamələrin bağlanmasını təmin edir və tərləməni azaldır. Soyuq suyun içinə 200 qram qara çay tökün və ayaqlarınızı həftədə 1 dəfə bu qarışığın içində 30 dəqiqə saxlayın.

5. Pambıq parçadan olan corab geyinmək:

Pambıq parçadan hazırlanmış corab geysəniz ayaqlarınız nəfəs alacaq. Bunun sayəsində tərləmənin və qoxunun qarşısını ala bilərsiniz.