Elə insanlar var ki, bankdan aldıqları kreditləri təyinatı üzrə istifadə etmir. Nəticədə isə elə özləri də çətin duruma düşürlər. Hətta iş məhkəməyə qədər gedib çıxır.
Banklardan alınan biznes kreditləri təyinatı üzrə istifadə edilmir. Bank mütəxəssisi Emil Muradovun sözlərinə görə, biznes krediti, daha aşağı faizlə, daha uzun müddətə və daha böyük miqdarda verildiyinə görə, vətəndaşları cəlb edir. Biznes kreditlərinin faiz dərəcəsi digər kreditlərdən 7-8 % aşağıdır. Ona görə də məhz bu krediti almaq üçün bir sıra şəxslər hətta yalana belə əl atır.
Nəticədə isə həmin insanlar özlərini işə salmış olurlar. Çünki biznes kreditləri verildikdən sonra banklar tərəfindən planlı və növbədənkənar monitorinqlər aparılır, kreditlərin təyinatı üzrə istifadə edilib, edilməməsi araşdırılır.
Bütün məbləğin qaytarılması üçün kredit alana cəmi 10 gün vaxt verilir. Əks halda iş məhkəməyə göndərilir.(Xezerxeber.com)