Banqladeşdə "İslam Camaatı" partiyasının rəhbəri və ölkənin ən böyük dini lideri Motiur Rahman Nizami edam olunub. ANS PRESS-in məlumatına görə, 73 yaşlı dini lider barədə Banqladeş hərbi cinayətlər məhkəməsi edam qərarı çıxarıb.
"İslam Camaatı" partiyasının rəhbəri Motiur Rahman Nizami bir neçə maddəylə ittiham olunub. Məhkəmə onu 1971-ci ildə Pakistanla Banqladeşin müstəqillik savaşında adamöldürmə, təcavüz, qarət və talan cinayətləri törədməkdə ittiham edib. Qərara görə, dini lideri asılaraq edam edilib.
Öncəki məhkəmə prosesindən sonra ciddi toqquşmalar olduğundan polis və əsgərlər məhkəmə binasının önü və şəhərin mərkəzində nəzarəti gücləndirib. Rahman Nizami 2001-2006-cı illər Banqladeş hökumətində nazir olub.
Motiur Rahman Nizami 2014-ci il oktyabrın 29-da edam cəzasına məhkum olunub. 3 hakimdən ibarət xüsusi tribunal onu 1971-ci ildə Pakistana qarşı aparılan müstəqillik savaşı dövründə 16 cinayətdə, o cümlədən genosid, kütləvi zorlamalar və qətllərdə günahkar bilib. Keçmiş nazir olan Nizami 9 aylıq müharibə zamanı Pakistan ordusuna yardım etməklə ölkədə 3 milyon insanın qətli, 200 min qadının zorlanması və 10 milyon nəfərin yer-yurdundan didərgin düşün Hindistanla sərhəddəki qaçqın düşərgələri qaçmasında əli olmasında ittiham olunurdu. "İslam Camaatı" partiyası hökmü qəbul etməyib və ölkədə 3 günlük tətilə çağırıb.
Banqladeşin müstəqilliyi üçün müharibə 1971-ci il Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında gedib.Bunun nəticəsində Şərqi Pakistan müstəqil Banqladeş ölkəsi olub.