Bakı sakini körpüdən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Unikal.org report-a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Orxan Şirinzadə metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdən yıxılıb. O.Şirinzadə kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.