Ayaz Mütəllibov oğluna il mərasimi verib - eks-prezidentdən yeni xəbər
Ayaz Mütəllibov oğluna il mərasimi verib - eks-prezidentdən yeni xəbər

"Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ötən il dünyasını dəyişən oğluna il mərasimi verib".
Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, ötən həftə Ayaz Mütəllibovun Mərdəkanda yaşadığı bağ evində mərhum oğlu Azad Mütəllibovun vəfatının ildönümü keçirilib.
"Ötən həftə Ayaz Mütəllibovun oğlunun il mərasimi keçirildi. Mən də həmin mərasimdə iştirak etdim. Ayaz Mütəllibova öz başsağlığımı verdim. Mərasimdə Ayaz Mütəllibova yaxın insanlar iştirak edirdilər", - deyə A.Əlizadə bildirib.
ASDP sədri eks-prezident Ayaz Mütəllibovun vətənə qayıtdıqdan sonra Mərdəkandakı evindən kənara çıxmadığını, bağ evində ailəsi ilə istirahət etdiyini deyib:
"Ayaz Mütəllibov vətənə qayıdandan sonra şəhərə çıxmayıb. Nədənsə o bağ evində qalmağa üstünlük verir. Hazırda səhhəti normaldır, heç bir problemi yoxdur. Öz evində, ailəsi ilə dincəlir. Hər şey normaldır. Vətənə gələndən sonr heç bir problemi yoxdur". Qeyd edək ki, Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov ötən il avqustun 8-də 49 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.