Oliqarxlar Qusarı "işğal" edir
11:07 23-08-2012
CƏMİYYƏT
Oliqarxlar Qusarı "işğal" edir
Qış-Yay Turizm Kompleksi iri məmurları bu rayona "yürüş"ə çıxarıb
Ölkənin şimal-şərqində, Şahdağın ətəyində yeqləşən Qusar rayonu - nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biri olmaqla, sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına burünmüs dağları və meşələri ilə zəngin və rəngarəng təbiətə malikdir.
Rayonun ərazisi sanki, Avropa ilə Yaxın Şərqi bir-birinə bağlayan bənddir. Qusar rayonu respublikanın şimal qapısı hesab edilir. Hələ keçmiş dövrdə rayonun ərazisi mühüm ticarət yollarının qovşağında sərfəli mövqe tuturdu. Rayonun zəngin və rəngarəng təbiəti, büllur kimi saf havası, münasib iqlimi (qış aylarında havanın temperaturu mənfi 20-22 dərəcəyədək enir, yay aylarında isə axşam müsbət 20 dərəcədən artıq yüksəlmir), özunəməxsus mədəniyyəti - bütün bu göstəricilər burada müasir, ən yüksək dünya standartlarına uyğun turizm kompleksinin yaradılması və inkişafi uçün əsasdır.
Bütün bunları göz önünə alaraq, 2009-cu ilin sentyabrında Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına başlanıb. Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir. Tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirir.
Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bütün bunların sonuücunda Qusarın qısa zamanda turistik baxımından ən gəlirli və cəzbedici rayonlardan birinə çevriləcəyini nəzərə alan iri məmurlar artıq ora axışmaqdadırlar. Hazırda xeyli sayda oliqarxın Qusarda öz bizneslərini genişləndirdiklərini bildirən mənbələrimiz onların Yay-Qış Turizm Kompleksinin inşasından həvəsləndiklərinə xüsusi diqqət çəkirlər.
Ən maraqlı məqamlardan biri isə Qusar rayonunun kuratoru kimi tanınan "Azərenerji" "şef"i Etibar Pirverdiyev rayonda bəzi oliqarxların özlərinə biznes şəbəkəsi qurmalarına yardımlar eğtməsi ilə bağlıdır. Bildirilir ki, Pirverdiyev bir neçə mühüm məmurun adına Qusarda iri biznes obyektləri inşa etdirib; bunun əsas səbəbi isə həmin məmurların iqtidar içində "Azərenerji" prezidentinin himayədarı kimi tanınmalarıdır.
Mənbəmiz qeyd edir ki, hazırda oliqarxların bir çoxu ölkənin digər turistik bölgələrindəki yatırımlarının əsaslı hissəsini də Qusara köçürməkdədirlər. Hətta istisna olunmur ki, proseslərin belə inkişafı bəzi iri məmurları sonradan Qusar uğrunda nüfuz savaşına cəlb etsin və onların biznes maraqları həmin iri məmurlar arasında mübarizəyə rəvac versin.
Belə ehtimalların doğrulub-doğrulmayacağını zaman göstərəcək. Hələliksə məlum olan odur ki, Qusar oliqarxların "gəlir meydançası"na çevrilməkdədir. Gerisini zaman göstərəcək.
Azər Aslan
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22