Bunu Unikal.org-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu gün Yusif Səfərov küçəsində Tramp Tover binasında baş verən yanğın zamanı yaşanan su qıtlığına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu gün ərazini su ilə fasiləsiz təmin edib:
"Bildirirmək istəyirəm ki, hətta Tramp Toverin işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yangın başlayan vaxtı Tramp Toverin ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. Azərsu ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz".