Türkiyənin sabiq prezidenti Abdullah Gül iyunun 24-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sələfinin bu qərarını şərh edib.

"Seçki meydanı hər kəsə açıqdır. Bu məqamda hər bir siyasi partiya öz namizədini tez bir zamanda müəyyənləşdirməlidir. Ona görə də kampaniyamızı dəyərləndirəcək addımları atmalıyıq, - deyə Ərdoğan bildirib.