Bu il Azərbaycanı "Eurovision 2018 mahnı müsabiqəsində "X my heart mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.
Unikal.org xəbər verir ki, sənətçinin məşq zamanı lentə alınmış görüntüləri "Youtubeda yerləşdirilib.
Ağ geyimdə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.
Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-də, ikinci yarımfinal mayın 10-da, final isə mayın 12-də keçiriləcək.