Artıq bir həftədən çoxdur ki, bazarlarda xaricdən gətirilmiş ərik, gilas və şaftalı satışa çıxarılıb. Bu məhsulların qiyməti yeni gətirildiyinə görə bahadır. Qiymətlər hansı aralıqdadır?
Unikal.org xəbər verir ki, ərik, şaftalı və gilas. Artıq bu meyvələr bazarda satışa çıxarılıb.
Xarici ölkələrdən gətirilən bu məhsullar bazara yeni çıxarıldığından qiymətləri bahadır. Məsələn bazarda əriyin bir kiloqramı 10-15 manat arasındadır. Xüsusi qablaşdırılmış halda satılan əriyin qiyməti isə daha ucuzdur.
Bazara yeni çıxarılan gilas və şaftalının qiyməti də müxtəlifdir. Məsələn gilasın bir kiloqramı 34 manata satılır.
Satıcılar deyir ki, məhsullar bazara yeni çıxdığından təlabat azdır. (xəzərxəbər)