Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkonun təşəbbüsü ilə bu gun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüş keçirilib.

 Komitədən Unikal.org-a  bildirilib ki, görüşdə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə arasında əməkdaşlıq, perspektivləri və bu istiqamətdə diasporun verə biləcəyi töhfələr müzakirə olunub. 

 Səfir Fuad Muradovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Yeni işində uğurlar arzulayan səfir əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Aleksandr Mişşenko Azərbaycandakı Ukrayna icmasının, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni imkanlar açıldığına əminliyini ifadə edib.

 Komitə sədri qeyd edib ki, Azərbaycan və Ukrayna diasporu arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi hər iki icma üçün səmərəli ola bilər.