Bakıda yol hərəkəti haqqında qanun tələblərinə riayət etməyən sürücülər avtomobillərini piyada səkisində park ediblər.
Unikal.org xəbər verir ki, Bakıda "Niva 10 TK 067 və "Range Rover markalı 99 LU 014 dövlət nömrə nişanlı avtomobilin sahibləri piyada səkisində qayda pozublar.
Qayda pozanlar arasında Mercedes markalı 99 EL 401 dövlət nömrə nişanlı taksi sürücüsüdə var.
Sözügedən görüntüləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə yayımlayaraq bu fikirləri səsləndirib:
"Bu avtomobillərin sahibləri inanmıram ki, savadsız və ya yol hərəkəti qaydalarından xəbərsizdirlər. Bəs o halda onlar hansı məntiqlə avtomobillərini səkidə park edirlər? Belələrinə nə deyəsən, nə ad verəsən?