Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Komissiyanın indiyədək keçirilən iclaslarında 700-dək müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.