Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar mayın 2-də gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Unikal.org-a "Azərsu ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.