9 may 2018-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Bu günün şagirdi sabahın əsgəridir devizi altında rayon məktəblilərinin hərbi paradı keçirilib.
Unikal.org xəbər verir ki, paradda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə, təşkilat, səhiyyə və təhsil ocaqlarının rəhbərləri, habelə rayon ictimaiyyəti, Rayon Veteranlar Şurasının, digər ictimai birlik və təşkilatların nümayəndələri iştirak ediblər.
Parad dövlət himninin səsləndirilməsi ilə başlayıb. Musiqi sədaları altında Azərbaycanın dövlət bayrağı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gətirildikdən sonra rayonun 24 ümumtəhsil məktəbinin "Şahin hərbi-idman oyunları üzrə komandaları, hərbi geyimli kiçikyaşlı şagirdləri və idman sahəsində nailiyyət qazanmış rayon məktəbliləri təntənəli sıra keçidi ilə Rayon İcra Hakimiyyətinin qarşısından keçiblər.
Qeyd edək ki, "Bu günün şagirdi sabahın əsgəridir devizi altında 53 komanda olmaqla 800 nəfər məktəblinin parad keçidi sakinlərdə xoş ovqat yaradıb.