"Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur.
Unikal.org-un məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
O bunu acınacaqlı hal adlandırıb.
Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq da azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur.
H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: "Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik.