Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və "Şərq bazarı dairəsi kimi tanınan yol bağlanıb.
Unikal.org xəbər verir ki, ərazidə hər iki hissədə "Giriş qadağandır yol nişanı qoyulub. Sürücülər əks istiqamətə keçmək üçün yaxınlıqdakı digər dairəvi yoldan yararlanmalıdırlar.Piyadalar isə dairənin bağlanmasının düzgün addım hesab edirlər.
Sumqayıt Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsindən bildirdilər ki, dairənin avtomobillər üçün bağlanması ərazidə hərəkətin intensivliyi və başverən qəzalarla bağlıdır. Həmin dairənin tamamilə ləğvi və piyadalar üçün səki salınması nəzərdə tutulur.