Bakıda "Memar Əcəmi
metrosunun yaxınlığında yaşayan insanların kabusuna çevrilən "VAZ 2107
markalı avtomobil peyda olub.
Yaxınlıqda yaşayan bina sakinlərinin Unikal.org-a verdiyi məlumata görə, sözügedən avtomobil onların istirahət hüququnu ciddi şəkildə pozur: "Bu "90 OP 027 dövlət nömrə nişanlı "VAZ 2107 markalı avtomobil mahnıya gur səs verərək insanlara mane olur, avtoxuliqanlıq edir. Yolboyu hərəkət edən insanların narahatçılığına səbəb olur. Polis də onun bu hərəkətlərinə göz yumur. Bu avtomobil ərazidə taksi fəaliyyəti ilə məşğuldur.
Ümidvarıq ki, aidiyyatı qurumlar müvafiq addımlar atacaqlar.