Ermənistan Cənubi Qafqazın ən yoxsul dövlətidir.

Unikal.org  Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) müxtəlif dövlətlərin iqtisadiyyatının təhlilinə həsr edilən hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, Ermənistanda adambaşına düşən Ümum Daxili Məhsul cari ildə 10 min dollar təşkil edib. Bu göstərici ilə Ermənistan araşdırma aparılan 192-i dövlət arasında 113-cü yeri tutub.

Hesabata əsasən, regionun ən varlı dövləti isə Azərbaycandır. Ölkədə adambaşına düşən Ümum Daxili Məhsul 18,04 min dollar təşkil edib.