Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında qanuna əlavə və dəyişiklik müzakirə edilib.

Unikal.org-un məlumatına görə, komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçən iclasda layihə barədə məlumat verilib.

Layihə Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A, "B və "C kateqoriyaları ilə yanaşı "B1 və "C1 altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.