Sürücü daşları yerə boşaldandan sonra konstruksiya dəyişikliyi etmədiyi üzə çıxıb.
Unikal.org xəbər verir ki, Bakıda yol polisi əməkdaşları "Niva markalı avtomobilin ön hissəsinin qalxması, arxa hissənin isə aşağı enməsi üçün qeyri-adı üsula əl atan sürücünü saxlayıb.Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.Yol polisləri "Nivaya konstruksiya dəyişikliyi edildiyini zənn etsələr də, məlum olub ki, sürücü maşının baqajına "kubik yığıb.Yol polisinin tələbi ilə sürücü daşları yerə boşaldandan sonra konstruksiya dəyişikliyi etmədiyi üzə çıxıb. Sürücünün daşları yenidən maşına yığmasını isə elə öz dostu telefona çəkərək sosial şəbəkələrdə yayıb.
Həmin görüntüləri təqdim edirik: