Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

Unikal.org xəbər verir ki, bu barədə "Report"- a açıqlamasında Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov bildirib.

Azərbaycan bu postu 2018-2022-ci illərdə tutacaq.

A.Kərimov Azərbaycanın namizədliyini dəstəkləyən bütün ölkələrə minnətdarlığını bildirib.

Qeyd edək ki, Komitəyə Azərbaycanla birlikdə Hollandiya, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Cibuti, Toqo və Küveyt seçilib.