Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, sərəncamda bildirilir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilib. Bu səbəblə, rayon ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv olunub. 
Yeni inşa edilmiş dəmir yolu stansiyası "Abşeron adlandırılıb.