İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Unikal.org-un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi "Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.
Dövlət başçısı mərasimdə nitq söyləyib.

xxx


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Unikal.org-un xəbərinə görə, prezident İlham Əliyev iftar mərasimində iştirak edir.
İftar mərasimi "Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.