Sabah Ramazan ayının 22-ci günüdür.

Unikal.org-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 7-də Bakıda imsak saat03:20, iftar isə saat20:25-dədir.

Ramazan ayının 22-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin".

Tərcüməsi:

"İlahi, bu ayda fəzilət qapılarını üzümə aç, mənə Öz bərəkətlərini nazil et, məni bu ayda Sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcab edən Allah!"

Allah orucunuzu qəbul etsin!