Səhər yeməyinə mütəmadi olaraq qızardılmış yumurta və kolbasa qəbulu artıq çəkinin meydana gəlməsinə səbəb olur və mədəaltı vəzinin xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.
Unikal.org bildirir ki, Stokholmun Karolin institutunun alimləri belə bir nəticəyə gəlib.
Sözügedən yemək növü insanın orqanizmində vaxtaşırı ciddi pozuntulara yol açır.
İsveçli alimlər əmin edir ki, qızardılmış yumurtanın 100 qramı belə onkoloji xəstəliyin inkişafı riskini 40 faiz artırır.
Alimlər buna görə yumurta zülalından imtina etməyə çağırır.
Tibb mütəxəssisləri alternativ kimi səhərlər qaynadılmış yumurta və toyuğun döş əti ilə qidalanmağı tövsiyə edir.(oxu.az)