Xanımlar və cənablar - 2 devizi ilə reytinqləri alt-üst edən "Maşın realiti şousunda növbəti qalmaqallı gün yaşanıb.
Unikal.org xəbər verir ki, şounun 8-ci səsvermə günündə qutuya ən çox fotosu atılan şəxs Mətanət Əliverdiyeva olub.
O, əvvəlcə hədəfinin Aytən Səfərova olduğunu, daha sonra isə kişilərdən biri olduğunu deyib.
İştirakçılardan Roza Zərgərli və Pərvin Abıyeva Mətanət Əliverdiyevaya dəstək olub.
Yarışma boyu səsvermə faizləri demək olar ki, bərabər irəliləyib.
Sonda isə Mətanət Əliverdiyeva "qalsın"a 24,66 % səs toplayaraq yarışmanı tərk edib.