Ötən gün bir neçə saytda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Nəzarət və təftiş şöbəsinin yaradılması və Namiq İbrahimovun həmin şöbənin müdiri təyin edilməsi ilə bağlı məlumat yayılıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, Dövlət Komitəsində belə bir şöbə təsis edilməyib.
Qeyd edək ki, belə bir şöbə təsis edilərsə bununla bağlı kütləvi informasiya vasitələrinə məlumat veriləcəkdir, - deyə mətbuat xidmətinin məlumatında deyilir.