"Xətai metrostansiyası payız aylarında təmirə bağlanacaq.
Unikal.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək.
""Xətai stansiyası bu ilin oktyabr-noyabr aylarında təmirə bağlanacaq. "Bakmil stansiyasında aparılan təmir işlərində isə maksimum olaraq sərnişin daşınmasında problem olmamasına çalışırıq. - deyə sədr müavini qeyd edib.