Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, bu gün səhərdən Moskvanın demək olar ki, bütün bazarlarında reydlər keçirilir. Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı miqrantın da olduğu deyilir.
Məlumata görə, reydlər bir neçə gün sonra Rusiyada başlanacaq futbol üzrə dünya çempionatı ilə bağlıdır. Reydlər təkcə Moskvada yox, çempionatın baş tutacağı digər şəhərlərdə də aparılacaq.