TurStat" analitik agentliyi bu il yay üçün Rusiya vətəndaşları arasında MDB-nin ən populyar kurortlarının reytinqini hazırlayıb.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, ilk beşliyə Qazaxıstanın Burabay (Boroboe), Qırğızıstanın İssık-Kul gölü, Belarusun Naroç gölü, Bakıdakı Bilgəh çimərliyi və Ermənistanda Sevan gölü daxildir.
Agentliyə görə, bu kurortlardan ən ucuzu İssık-Kul (50 dollar), ən bahalısı isə Bilgəhdir (100 dollar).
Rusiya vətəndaşları arasında bu kurortlara daha çox Moskva, Sankt-Peterburq, Cənubi Ural və Sibirdən gəlirlər.