Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfər edib.
Unikal.org xəbər verir ki, Ankarada rəsmi səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub.
Nümayəndə heyəti Atatürkün xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra ziyarətçilər Anıtqəbr muzeyi ilə tanış olublar.