Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.

Unikal.org-un Azxeber.com-a istinadən məlumatına görə, video müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Kadrlarda da açıq-aydın görünür ki, bağçada hər gün uşaqlara dözülməz zülm yaşadılır.

Həmçinin bildirilir ki, bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

13:53

****
15:22

Azxeber.com-un məlumatına görə, adı hallanan bağça özəl bağçadır və Yasamal rayonu ərazisində yerləşir. Özəl bağçanın adı isə "Kids Studiodur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı bağçadan bildirilib ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb".