Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari arasında tanışlıq görüşü keçirilib.
Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.