Sabah Ramazan ayının 27-ci günüdür.

Unikal.org-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 12-də Bakıda imsak saat03:18, iftar isə saat20:28-dədir.

Ramazan ayının 27-ci gününün duası:

"İlahi, bu ayda mənə Qədir gecəsinin fəzilətini əta et, çətin işlərimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə mehriban olan Allah!"

Allah orucunuzu qəbul etsin!