İfaçı onu da əlavə edib ki, həmkarı Roza Zərgərlinin "Maşın şoudakı oyununu bəyənir: "Yaxşı ki, Roza məni yeddiliyə qədər gətirib çıxardı. Rozaya halal olsun. Onu orada daha yaxından tanıdım. Onun yarış zamanı ağıllı olmağı görsənirdi. Rozanın nə qədər zəki olması, yaxşı mənada hiyləgər olması özünü göstərdi. Mən sadəcə onu alqışlayıram. "Maşında bütün ssenarini Roza həyata keçirirdi. Mən bir dəfə Rozaya sual verdim kİ, ay qız, sən nə yaxşı belə biclikləri bilirsən? O da mənə dedi ki, bir neçə il yarışa qatılan zaman yaxın dostu Qaraqan onu yarışdan uzaqlaşdırıb. Ondan gözləmirmiş. Rozanın hərəkətlərini alqışlayıram. Ona halal olsun.
R.Baxışova bildirib ki, bəzi iştirakçılardan fərqli olaraq şouda başqa obraza girməyib: "Əslində mən sakit təbiətli insanam. Sadəcə o verilişdə sakit olmamaq lazımdı. Roza, Pərvin kimi qışqırsaydım, qorxurdum ki, mənə qarşı nifrət olardı. Tamaşaçımın mənə sevgisi azalardı. Ona görə də adi həyatda necə idimsə, maşında da elə idim. Filmdə, tamaşada obraza girə bilərəm. Amma sırf bu yarışda obraza girə bilmədim. Girə bilsəydim, Abbasın adını sona qədər çəkərdim.