ATV kanalında yayımlanan "Xanımlar və cənablar 2 devizi ilə start götürən "Maşın realiti şousunun final gecəsi keçirilib.

Unikal.org xəbər verir ki, final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısı İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, Günel Hümbətova qatılmayıb.

Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətova iştirakçılara etiraz əlaməti olaraq "Maşın realiti şouya qatılmadıqları məlum olub.

Amma "Maşın realiti şounun ümumi saxtakarlıqda ittiham edən aparıcı Mətanət Əliverdiyeva bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.

Mətanət Əliverdiyeva ATV kanalında aparıcı Yusifin təqdimatı ilə yayımlanan "10-dan sonra verilişində "Maşın şouyla bağlı gözlənilməz açıqlama verib.

O bildirib ki, "Maşın şou saxta bir oyundur: ""Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan olmuşam.

Mətanətin verilişdə səsləndirdiyi ifadələr dərhal ATV kanalının rəsmi sayıtında yerləşdirildi. Amma üzərindən bir gün keçdikdən sonra verilişin görüntüləri ATV.az sayıtının rəsmi YouTube səhfəsindən yığışdırılıb.

Xatırladaq ki, M.Əliverdiyeva "Maşın şouda az səs toplayaraq maşının ətrafından kənarlaşıb.