Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində 6 324 toy məclisi keçirilib.
 
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov müğənnilərin onlara yazılan vergilərin reklamı ilə məşğul olduğunu deyib: "Müğənnilər getdiyi toyların sayını az, aldığı qonorarı isə 20-70 manat arasında göstərir. Bir müğənniyə kameral yoxlama zamanı 4 min manat vergi yazdıq. Aləmə car çəkdi ki, mənə 100 min vergi yazıblar".