Xoşbəxtliyi ikinci evliliyində tapan məşhur xanımlarımız da var. Lakin onlardan bəzilərinin ikinci ailə həyatı da uğursuz alınıb. Bəziləri tənha qalmağa üstünlük versə də, bir çoxları hər şeyi unudub xoşbəxt olmağa çalışır.
Unikal.org BiG.AZ-a istinadən "İkinci baharını yaşayan məşhur xanımların siyahısını təqdim edir:
Müğənni Rahidə Baxışova 22 yaşında ailə həyatı qurub. Bu nikahdan bir oğlu olan xanım ifaçının bu evliliyi axıra qədər getməyib. O, 2 il ailəli olduqdan sonra həyat yoldaşından ayrılıb. 12 ildən sonra isə yenidən ərə gedib. Bu nikahdan da Zəhra adlı qızı olan Rahidə müsahibələrinin birində ikinci evliliyi də ağılsızlıq adlandırıb.
Xalq artisti Naibə Allahverdiyevanın da birinci evliliyi uğursuz alınıb. Aktrisa ikinci dəfə özündən yaşca kiçik şəxslə ailə qurub. Onun ərindən 10 yaş böyük olduğu deyilir.
ANS-in məşhur aparıcısı Ülvira Qarayeva da iki dəfə ailə qurub. Birinci evliliyi uğursuz alınan aparıcının bu evlilikdən bir qızı var. Ülvira ikinci dəfə 18 yaşlı meyxanaçı Tərlan Dağlıya ərə getsə də, bu nikahda da xoşbəxtliyi tapa bilməyib, boşanıb.
Müğənni Səidə Dadaşova xoşbəxtliyi ikinci evliliyində tapan məşhur xanımlardandır. Sosial şəbəkədə tanış olduğu türk əri Səlcuq Gökgözdən boşanan xanım ifaçı ikinci dəfə Məhəmməd adlı şəxslə ailə qurub. Həyat yoldaşını olduqca sevən Səidənin bu evlilikdən bir oğlu var.
Aparıcı Xoşqədəm Hidayətqızının birinci evliliyindən bir oğlu var. Xoşbəxt ailə həyatını türkiyəli müğənni Doğuşla evlənməklə əldə edən aparıcının bu evlilikdən əkiz oğlanları var.
Xalq artisti Zülfiyyə Xanbabayeva iki dəfə ailəli olub. Müğənni ilk dəfə Aydın adlı şəxslə ailə qurub. Daha sonra ayrılan ifaçı iş adamı Zaur Məmmədova ərə gedib. Onun Dəniz adlı bir qızı var.
Müğənni Təranə Qumralın ilk nikahından iki qız övladı var. Xanım ifaçı ikinci dəfə müğənni Musa Musayevlə ailə qurub. Onların bu nikahdan Sevgim adlı qızları var.
Müğənni İlhamə Qasımova ilk dəfə 17 yaşında ailə qurub, ayrılıb. Hazırda iş adamı ilə ailəlidir.
Müğənni Sevda Sanaliyeva da iki dəfə ərdə olub. Birinci həyat yoldaşından boşanan ifaçının bu nikahdan bir övladı dünyaya gəlib. Sevda ikinci dəfə ailə həyatı qursa da, bu da uğursuz alınıb. Bu yaxınlarda həyat yoldaşından ayrıldığını bildirən Sevdanın bu evlilikdən də bir övladı var.
Aktrisa Ülviyyə Əliyeva da iki dəfə ərdə olan məşhur xanımlardandır. Birinci həyat yoldaşından boşanan aktrisa bu yaxınlarda həyatını iş adamı ilə birləşdirib.
Tanınmış teleaparıcı İradə İsaq da ikinci baharını yaşayan məşhurlardandır. O, Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi Yaşar İsakovla ailə qurub. İradənin birinci evliliyindən bir oğlu var.